Astarada bağlı qapı arxasında köməksiz qalan yaşlı qadın xilas edilib

Astarada bağlı qapı arxasında köməksiz qalan yaşlı qadın xilas edilib

Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara şəhəri S.Vurğun küç. 5, mənzil 10 ünvanında yaşayan 1947-ci il təvəllüdlü Solmaz Ağaqulu qızı Dadaşova bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN Cənub Regional Mərkəzin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqların vasitəsilə vətəndaş xilas edilib. S.Dadaşova Təcili tibbi yardım briqadasına təhvil verilib.

Mənbə: apa.az