Karantin günlərində yol qəzalarında görünməmiş STATİSTİKA-RƏSMİ

Karantin günlərində yol qəzalarında görünməmiş STATİSTİKA-RƏSMİ

İyunun 6-dan 7-dək sərt karantin rejiminin tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, vətəndaşların küçəyə çıxması qadağan olunduğundan qəza da olmayıb.

BDYPİ-nin rəsmisi qeyd edib ki, ümumilikdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 qəza olub:

"Bunlardan biri Ağdaşda qeydə alınıb. Belə ki, aşma nəticəsində 1 nəfər dünyasını dəyişib. Digəri isə Göyçayda piyadanın vurulması və ölümü ilə nəticələnən avtomobil qəzasdır. Bunlar da karantin şəhərləri deyil".

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə iyunun 6-sı 00:00-dan iyunun 8-i saat 06:00-a kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonun xüsusi karantin rejimi sərtləşdirilib.

Vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Mənbə: modern.az