Cəlilabadın Boyxanlı kəndində birmərtəbəli evdə yanğın baş verib

Cəlilabadın Boyxanlı kəndində birmərtəbəli evdə yanğın baş verib

Cəlilabad, 7 iyun, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Boyxanlı kəndində birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 110 kvadratmetr olan evin yanar konstruksiyaları 54 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AZERTAG.AZ :Cəlilabadın Boyxanlı kəndində birmərtəbəli evdə yanğın baş verib

Mənbə: azertag.az