Mingəçevir sakini itkin düşüb

Mingəçevir sakini itkin düşüb

Mingəçevir sakini Ağdaşda itkin düşüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qaraoğlan kəndində qeydə alınıb.

1970-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Bayramov Araz Zəkəriyyə oğlu dünən səhər saatlarında ata evindən çıxaraq bir daha geri qayıtmayıb. Yaxınları bu barədə polisə məlumat verib.

Onun iki övladı var.

Mənbə: apa.az