Şəhər meri korrupsiya şübhəsi ilə tutuldu - Onun iki əməkdaşı da yaxalandı

Şəhər meri korrupsiya şübhəsi ilə tutuldu - Onun iki əməkdaşı da yaxalandı

Tacikistanın Xatlon vilayətinin Kulyab şəhərinin başçısı Bahrom İnoyatzoda korrupsiyada şübhəli bilinərək iyunun 8-də tutuldu.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumat Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinə istinadən yayılıb.

Bundan əvvəl mayın 27-də dələduzluqda şübhəli bilinən Kulyab şəhəri sədrinin rəsmi avtomobilinin sürücüsü, vətəndaş Xursandəli Xurramov, iyunun 3-də isə qəbul şöbəsinin müdiri Firuz Qurbanov həbs edildi.

İlkin istintaq zamanı saxlanılanlar Xurramov və Qurbanov bu əməlləri Bəhrom İnoyatzodanın göstərişlərinə uyğun olaraq etdiklərini dedilər.

Ayrıca, Bahrom İnoyatzodanın korrupsiya əməlləri ilə əlaqədar Kulyab şəhər sakinlərindən ifadələr alındı. Yoxlama tədbirləri zamanı korrupsiya faktları təsdiqləndi.

Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən Tacikistan Baş Prokurorluğu ilə birlikdə Kulyab merinə qarşı cinayət işi açıldı.

Mənbə: konkret.az