Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası Azər Qasımlının vəkilləri iştirak etmədiyi üçün təxirə salınıb.
Məhkəmənin hazırlıq iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə: unikal.az