Məhkəmə "Gəncəli Mübariz"in oğlunun şikayəti barədə qərarı açıqladı

Məhkəmə "Gəncəli Mübariz"in oğlunun şikayəti barədə qərarı açıqladı

Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Report-a istinadla xəbər verilir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.
Məlumatı "Report"a vəkillər Asim Abbasov və Cavidan Osmanlı təsdiq edib.
Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkələrdə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.


Məhkəmə "Gəncəli Mübariz"in oğlunun şikayəti barədə qərarı açıqladı

Mənbə: www.bakupost.az