Bakıda marşrut avtobusu qəzaya düşüb.
Bakuplus.az-a istinadən xəbər verilir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, Əhmədlidə baş verib.
“Bakubus” MMC-yə məxsus “BYD” markalı avtobus idarəetmədən çıxaraq səkiyə və ağaca çırpılıb.
İlkin məlumata görə, hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir.
Qəza yerindən görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az