Biləsuvar rayonunda minik maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var.
Hadisə rayon mərkəzinin M.İbrahimov küçəsində qeydə alınıb.
Qəza zamanı "Hyundai" markalı minik avtomobili "Qazel" markalı mikroavtobusuna çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az