Tarladan qayıdan işçilər qəzaya düşdü - Fotolar

Tarladan qayıdan işçilər qəzaya düşdü -

Biləsuvar rayonunda yol qəzası baş verib.

Hadisə rayon mərkəzi - Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomomili “Qazel” markalı sərnişin mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan şərnişinlər xəsarət alıb. Onların rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir.

Xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

Surxay Şahbazov


Mənbə: qafqazinfo.az