Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif olunub.
Bu mükafat ona Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.
Qeyd edək ki, medal və ona aid sertifikatı Günay Əfəndiyevaya Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.
Mənbə: yenisabah.az