Fransanın sabiq Baş Naziri 5 il həbs cəzasına məhkum olunub

Fransanın sabiq Baş Naziri 5 il həbs cəzasına məhkum olunub

Paris, 30 iyun, AZƏRTAC

Fransanın sabiq Baş Naziri Fransua Fiyon və onun həyat yoldaşı Penelop Fiyonun məhkəmə işi başa çatıb.

Sabiq Baş Naziri, onun həyat yoldaşı və sabiq alternativi Mark Julo 2017-ci ildə sağçı namizədin prezidentlik kampaniyasını pozmuş “saxta iş yeri yaradılması işi” üzrə prosesdə təqsirli biliniblər. Onlar Milli Assambleyaya 1 milyon avro məbləğində vəsait ödəməlidir. Bu vəsaitin 401 min avrosu F.Fiyonun həyat yoldaşının saxta işə görə aldığı maaşların kompensasiyası, 679 min avrosu isə Mark Juloya görə ödənilməlidir.

Sabiq Baş Nazir Fransua Fiyona ən ağır cəza - 2 ili qapalı olmaqla 5 il həbs cəzası verilib. Məhkəmə qərarına əsasən, o, 375 min avro cərimə ödəməli və 10 il müddətinə seçkilərdə iştirak etməməlidir. Fiyonların vəkili məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.

İslah məhkəməsi istintaq zamanı mümkün “təzyiqlərə” aydınlıq gətirilməsi üçün müdafiə olunan tərəfin məhkəmə işlərinin yenidən baxılmasına dair tələbinə baxmayaraq, qərarını elan edib. Bir neçə gün əvvəl “saxta iş yeri yaradılması” prosesini aparan hakim istintaq zamanı respublika prokurorluğundan bu işlə bağlı ona təzyiqlər olduğunu və Penelop Fiyonun bundan yararlandığını bildirmişdi.

Xatırladaq ki, 2017-ci ildə Fransa prezidentliyinə namizəd olan Fransua Fiyon Milli Assambleyanın deputatı olarkən dövlət vəsaitinin mənimsənilməsi və həyat yoldaşı Penelop Fiyonun adına “saxta iş yeri yaradılması” işi üzrə ittiham olunurdu.

Mənbə: azertag.az