Maska taxmağı tələb edən həkimi döydülər

Maska taxmağı tələb edən həkimi döydülər

Türkiyənin İzmir şəhərində utancverici hadisə yaşanıb.

Open.az xəbər verir ki, İzmirin Karabağlar qəsəbəsində olan Ailə Sağlık Mərkəzində çalışan həkim Savaş Aşçını 2 xəstəsi döyüb.

Hadisə xəstələrin həkim müayinəsinə gəldiyi zaman maska taxmadıqlarına görə baş verib. Həkim hər iki xəstəyə maska taxmağın faydaları və məcburiyyətindən danışıb. Həkimin dedikləri xəstələrin "xoşuna" gəlməyib və həkim Savaş Aşçını döyməyə başlayıblar. Səs-küyə gələn Mehmet Akça adlı həkimin də başına ağır alətlə vuran xəstələr və onların qohumları arasında böyük dava başlayıb.

Dava meydanına bənzəyən Sağlıq Mərkəzinə gələn polislər, başından zədə alan iki həkimi təcili Atatürk Xəstəxanasına aparıblar.

Vəziyyətləri orta-ağır olan həkimlərin müalicəsi davam edir. Bu arada isə polislər həkimləri döyərək, xəstəxanalıq edənləri həbs ediblər.

37, 21 və 18 yaşlı üç nəfərin qanun qarşısında cavab verəcəyi təsdiqlənib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az