Neftçalada 2 yaşlı körpə yük avtomobilinin altında qalaraq ölüb

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, "QAZel" markalı avtomobil hərəkətə gələn zaman yaxınlıqda olan 2 yaşlı Əkbər Həsənli avtomobilə tərəf qaçıb. Bu zaman 2 yaşlı körpə yük avtomobilinin təkərləri altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İnzaginin baş məşqçisi olduğu klub A Seriyasına yüksəldi

SONRAKI XƏBƏR

Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət edib