Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib

Tehranda Sina xəstəxanasında baş verən partlayış və yanğın nəticəsində 18 nəfər həyatını itirib.10-dan artıq insan isə yanıq xəsarətləri alıb.

Bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatı məlumat yayıb. 6 nəfər təcili olaraq Tehranın Təcriş xəstəxanasına çatdırılıb. Digərləri ambulator müayinə olduqdan sonra evə buraxılıb. İran polisinin verdiyi məlumata görə hadisəyə səbəb qaz balonunun partlaması olub. Hazırda ərazi nəzarətə götürülüb və araşdırma aparılır.

Mənbə: www.atv.az