Lerikdə DƏHŞƏTLİ QƏZA: avtomobil dağdan aşdı, 3 nəfər öldü

Lerikdə DƏHŞƏTLİ QƏZA: avtomobil dağdan aşdı, 3 nəfər öldü

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: publika.az