Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var

Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var

Bakı. Trend:

Myanmanın şimalındakı Kaçin ştatında, nefrit mədənində torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 50 nəfər həlak olub.

Çoxlu sayda itkin düşənlərin olduğu deyilir. Sürüşməyə aramsız leysan səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölü sayının artacağı istisna olunmur.

Mənbə: az.trend.az