Myanmada sürüşmə nəticəsində 50 şaxtaçı ölüb

Myanmada sürüşmə nəticəsində 50 şaxtaçı ölüb

Myanmada torpaq sürüşməsi nəticəsində ən azı 50 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyətə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün yerli vaxtla saat 08:00-da ölkənin şimalında, Kaçin ştatında yerləşən neft şaxtasında baş verib.

Qeyd olunub ki, dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal olunur, ərazidə xilasedicilər çalışır.

Uzun müddət yağan mövsümi yağışların torpaq sürüşməsinə səbəb olduğu bildirilib.

Mənbə: apa.az