Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü - FOTO

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs koronavirusdan öldü  - FOTO

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloqu Faiq Ağayev vəfat edib.

Redaktor.az xəbər verir ki, 70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.

Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib.

 

Mənbə: redaktor.az