Şirvanda Kürdə batmış 17 yaşlı oğlanın cəsədi tapıldı

Şirvanda Kürdə batmış 17 yaşlı oğlanın cəsədi tapıldı

Dünən axşam Kür çayının Şirvan çayından keçən hissəsində batmış 17 yaşlı oğlanın cəsədi bu saatlarda tapılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhəri, Çılpaqlı qəsəbə sakini, 2002-cü il təvəllüdlü Rəvan Gülməmməd oğlu Bayramovun cəsədi Fövqəladə Hallar Nazirlyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

R.Bayramovun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: virtualaz.org