Rusiyada təkfirçi qruplaşma üzvləri yaxalandı - Video

Rusiyada təkfirçi qruplaşma üzvləri yaxalandı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada qadağan edilən “Ət-Təkfir vəl Hicrə” radikal ekstremist qruplaşmanın üzvü Qaraçay-Çərkəz Respublikası ərazisində yaxalanıb.

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Saxlanılanların radikal ideologiyanı təbliğ etdiyi, yeni üzvlər topladığı və eyni zamanda Şimali Qafqazda - xilafətdə teokratik İslam dövlətinin yaradılması üçün kampaniya apardığı qeyd olunur.

“45 ədəd ekstremist ədədbiyyat, on ədəd radikal şəxslərin ekstremist xütbələri olan əl yazma, döyüş mərmiləri atmaq üçün düzəldilən travmatik tapança və güllələr aşkar edilib”, - deyə məlumatda bildirilir.

Yaxalanan şəxslərin etiraf ifadələri verdiyi diqqətə çatdırılır.

“Ət-Təkfir vəl-Hicrə” ekstremist vəhabi təşkilatı 2010-cu ild Rusiyanın Ali Məhkəməsi tərəfindən ölkə ərazisində faəliyyəti qadağan edilib.

Mənbə: eastnews.org