Moldovada koronavirusa yoluxanların sayı 17 mini ötüb

Moldovada koronavirusa yoluxanların sayı 17 mini ötüb

Hazırda Moldovada koronavirus infeksiyasına yoluxanların sayı 17 min 150-dir.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Moldovada bu virusdan ölənlərin sayı 560-a çatıb. Xəstələrin 453-nün vəziyyəti ağır qiymətləndirilir. Koronavirusa yoluxan xəstələrin 58,7 faizi qadınlardır. Onlardan 152-si hamilə qadınlardır.

Pandemiya dövründə 9846 nəfər tam sağalaraq evə buraxılıb.

AZERTAG.AZ :Moldovada koronavirusa yoluxanların sayı 17 mini ötüb

Mənbə: azertag.az