Rusiyada COVID-19-dan son sutka ərzində 176 nəfər vəfat edib

Rusiyada COVID-19-dan son sutka ərzində 176 nəfər vəfat edib

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 667 883 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 6718 nəfərdə koronavirus aşkarlanıb.

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 176 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 9859-a yüksəlib.

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 437 893-ə çatıb. Belə ki, son sutka ərzində 8915 nəfərdə sağalma qeydə alınıb.

Qeyd edək ki, son sutka ərzində COVID-19 Rusiyanın 84 regionunda qeydə alınıb və yeni xəstələrin 32,5 %-də virus öz əlamətlərini büruzə verməyib.

Mənbə: www.realtv.az