66 nəfərdə virus aşkarlanıb

66 nəfərdə virus aşkarlanıb

Avstraliyanın Viktoriya ştatında daha 66 nəfərdə koronavirus müayinəsinin nəticəsi pozitiv çıxıb.

Səhiyyə naziri Cenni Mikakos Melburn şəhərində indiyə qədər 164 mindən çox insanın müayinədən keçdiyini bildirib.

Baş nazir Deniel Endryuz vəziyyətlə əlaqədar daha bir neçə regionda karantin rejimi tətbiq etməyi nəzərdə tutduqlarını deyib.

Qeyd edək ki, Avstraliyada virusdan 104 nəfər ölüb.

830 nəfər aktiv virus daşıyıcısıdır.

REAL

Mənbə: www.realtv.az