Mədəndə ölənlərin sayı 162-yə çatıb

Mədəndə ölənlərin sayı 162-yə çatıb

Myanmanın Hpakant şəhərində yəşəm mədənində baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

Xilasedicilər torpağın altında daha bir neçə nəfərin meyitini tapıblar.

Qeyd edək ki, hadisə nəticəsində 200 nəfərin öldüyü ehtimal edilir.

54 nəfər xəsarət alıb.

Hadisə qurbanları mədəndə frilans işləyən fəhlələrdir.

REAL

 

Mənbə: www.realtv.az