Türkiyədə fabrikdə güclü partlayış baş verdi - Video

Türkiyədə fabrikdə güclü partlayış baş verdi - Video

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış olub.

Axar.az xəbər verir ki, partlayış güclü olduğundan səsi 40 kilometr uzaqlıqdan eşidilib. Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

Mənbə: axar.az