Türkiyənin Sakarya vilayətində fişəng fabrikində partlayış – Xeyli sayda yaralı var

Türkiyənin Sakarya vilayətinin Xəndək fişəng fabrikində 150-yə yaxın fəhlənin işlədiyi vaxtda partlayış baş verib.

Avropa.info xəbər verir ki, partlayışın səbəbi hələ məlum deyil. Partlayış səsi 50 km məsafədən eşidilib. Partlayışdan sonra ətrafda yaşayan insanlar küçələrə axışıb. Hadisə yerinə xeyli sayda yanğınsöndürən, təcili tibbi yardım maşını göndərilib.

Sakarya valisi Çətin Oqtay Kaldırımın hadisə ilə bağlı “Fabrik sahibindən aldığımız məlumata görə, içəridə 150-200-ə yaxın insan var, amma partlayışlar davam etdiyi üçün müdaxilə oluna bilmir” deyib.

Faciə ilə bağlı daxili işlər naziri Süleyman Soylu, səhiyyə naziri Fəxrəddin Qoca və ailə, əmək, sosial xidmətlər naziri Zəhra Zümrüd Səlcuq hadisə yerinə gedib.

Sakayla bələdiyyə sədri Əkrəm Yücə NTV-yə müsahibəsində bunları deyib:

“Vahiməli mənzərə var. Uzun illə fəaliyyət göstərən etibarlı sənaye müəssisəsi idi. Yaralıları çıxarmağa çalışırıq. Partlayışlar hələ davam edir. Düzcə və Kocaelidən kömək istədik, bütün komandanlardan kömək istəyirik”.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Bakıda Polis günü ilə bağlı unikal aksiya – Fotolar

SONRAKI XƏBƏR

"Bu etimad, həm də çox böyük məsuliyyət idi"