Botsvanada 350-dən çox fil naməlum səbəbdən ölüb

Botsvanada 350-dən çox fil naməlum səbəbdən ölüb

Afrika ölkəsi Botsvanada son iki ayda 350-dən çox filin ölüm səbəbi müəyyən edilə bilmir.

Redaktor.az xəbər verir ki, Okavanqo deltasında yaşayan fillərin təyin olunmayan xəstəlik nəticəsində öldüyü güman edilir. Bostvana Milli Parklarının direktoru Kiril Taolo, iyulun 2-də ən az 275 filin ölümünün təsdiqləndiyini, ancaq son məlumatlarda bu sayın356 ola biləcəyini qeyd edib.

İngiltərədəki Milli Park Xilasetmə qrupundan BBC-yə verilən açıqlamada, fillərin yollarını itirmiş şəkildə irəliləmələri və üz üstə düşərək can vermələrinin nevroloji pozğunluq ehtimalını gücləndirdiyi bildirilib. Hələki müəyyən edilməsi mümkün olmayan xəstəlik dişi və bala fillərdə də müşahidə edilib.

Səlahiyyətlilər hesab edirlər ki, kütləvi ölümün səbəbi bir neçə həftə ərzində test nəticələrindən sonra bəlli ola bilər.

Qeyd edək ki, ötən il qarışqa xəstəliyi səbəbiylə Botsvanada 100-dən çox fil tələf olub.

Sevda Ulutau / Redaktor.az

 

Mənbə: redaktor.az