"4 gündən sonra nəfəs ala bilmədiyimi görüb xəstəxanaya gəldim, ayaqlarımı zorla sürüyürdüm"

"4 gündən sonra nəfəs ala bilmədiyimi görüb xəstəxanaya gəldim, ayaqlarımı zorla sürüyürdüm"

Nyu-York şəhərinin sakini, 97 kiloqram çəkidə döyüşən müsəlman boksçu Əhməd Ayyad koronavirus infeksiyasına yoluxandan sonra bu bəla ilə bağlı bütün şübhələrinin yox olduğunu etiraf edib.

Moderator.az-ın məlumatına görə, boksçu Kovid -19-a möcüzə nəticəsində qalib gələ bildiyini söyləyib.

O, müalicə dövründə 28 kilo arıqladığını və idmançı görkəmini, əzələlərini tamam itirdiyini deyib.

Dəfələrlə marafon yarışlarında qalib təki mükafatlandırılan və bundan ruhlanaraq özünü başqa sahədə sınamaq üçün boks karyerasına başlayan idmançı hər şeydən bir neçə gün ərzində məhrum olmağı dəhşətli psixoloji zədə kimi qiymətləndirib. 11 martda özünü pis hiss etsə də, artıq simptomlar müşahidə olunsa da, Əhməd həkimə müraciət etməyib. Bu barədə öz fikrini amerikalılarla bölüşən boksçu hamını ehtiyatlı olmağa, mütləq həkimə müraciət etməyə səsləyib:

"Öncə ağız dadımı itirdim, iştaham qaçdı və mən süst vəziyyətdə qaldım. Öskürək imkan vermirdi, boğulurdum. Dörd gün ötəndən sonra artıq nəfəs ala bilmədiyimi görüb çətinliklə evdən çıxdım. Avtomobili idarə etməyə halım yox idi deyə xəstəxanaya piyada gəldim. Ayaqlarımı zorla sürüyürdüm".

Əhməd Ayyad üç həftə vəziyyətdə huşsuz süni tənəffüs aparatına qoşulu qaldığını deyib. Bu günlər ərzində boksçunun çəkisi 97 kilodan 69 kiloya düşüb. Reabilitasiya dövründə palatada idman məşqlərinə başlayan Ayyad nəhayət sağalaraq evə buraxılıb. "İnsanların epidemiyaya belə laqeyd münasibəti məni narahat edir. Mən koronavirusa yoluxdum və sağaldım, amma hələ də dəhşət içindəyəm" söyləyən amerikalı müsəlman boksçu tədricən normal həyata döndüyünü bildirib.

Xatırladaq ki, iyulun 2-ə olan rəsmi məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyonu ötüb, ölənlərin sayı isə 131 min nəfərdən çoxdur.

Mənbə: moderator.az