10 uşaqlı ananın 8 uşağını Filip Kirkorova görə əlindən alırlar - “Bizi ac qoyub, Filipi yedirdir”

10 uşaqlı ananın 8 uşağını Filip Kirkorova görə əlindən alırlar - “Bizi ac qoyub, Filipi yedirdir”

Novosibirsk sakini olan 10 uşaqlı ananı öz övladları məhkəməyə veriblər.

Bizimyol.info Lenta.ru-ya istinadən xəbər verir ki, hazırda 8 azyaşlı uşağı ilə iki otaqlı mənzildə yaşayan ananı iki böyük övladı uşaqlarına yaxşı baxmadığı üçün şikayət edib və uşaqların onun himayəsindən alınmasını tələb edib.

“Anamız pulla rəftar edə bilmir. Çoxlu borc alıb, kredit borclarının içində üzür və qaytara bilmir.Əlinə keçən bütün pulu özünə xərcləyir. Filip Kirkorovun konsertinə getmək üçün borc alıb. Ona tort bişirib. Biz evdə açından ölürük, o Filipi yedizdirir”,- deyə uşaqlardan biri bildirib.

Hazırda polis ailənin vəziyyəti ilə bağlı araşdırmalar aparır. Çoxuşaqlı ana borclarını qaytarmadığına görə inzibati məsuliyyətə cəlb olunub.

Ana isə özünə belə haqq qazandırıb:

“Mənim konsertə getmək hüququm yoxdur? 28 illik arzumu yerinə yetirmişəm. Kirkorovla görüşdüyümə görə məni güllələyin. Bəli borc götürmüşəm, amma mən də insan kimi yaşmaq istəyirəm”.

Araşdırmalar zamanı ananın alkoqol və narkotiklərə aludəçi olmadığı üzə çıxıb. O sadəcə analıq yükünü üzərinə götürmək istəmir və ya bunu fərqli şəkildə anlayır.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info