Bir ailənin aylıq maska xərci 100 manatdır – Fakt

Bir ailənin aylıq maska xərci 100 manatdır – Fakt

Azərbaycanda tibbi maskanın aylıq xərci 30-60 manat civarında dəyişir. Reportyor.info-nun İqtisadiyyat Şöbəsi xəbər verir ki, bir maskanı 2 saatdan artıq istifadə etmək olmaz. Bu halda hər gün 7 maska alınmalıdır. Bu da 2 manat edir. Deməli, ayda 60 manat maska pulu xərcləməlisən. Əgər vətəndaş bir gündə 7 yox, iki maska almaq üçün aptekə müraciət edirsə, ayda azı 30 manatın keçməlidir. Bir ailənin tərkibinin 2-3 nəfərdən ibarət olduğunu nəzərə alsaq, aylıq maska xərci azı 90-100 manat edir. Virusdan qorunmaq üçün tövsiyə edilən digər vasitələrdən biri isə dezinfeksiyaedici məhluldur. Apteklərdə tibbi spirtin bir litri 5, 50 manatdır. Bu da ayda ortalama 50 manat edir. Bir sözlə, koronavirusla mübarizədə hər ailənin spirt və maska xərci 100-150 manat arasında dəyişir. Əgər vətəndaş maska taxmasa, 100 manat cərimə olunacaq.

Mənbə: reportyor.info