Şossedə ŞOU göstərib ardıcıl qayda pozan "Hyundai" sürücüsü - VİDEO

Şossedə ŞOU göstərib ardıcıl qayda pozan "Hyundai" sürücüsü - VİDEO

Ardıcıl təhlükəli ötmə əməliyyatları edərək hərəkət iştirakçılarını təhlükəyə atan sürücü görüntülənib.
YPX.AZ xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan 99 RF 817 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ardıcıl şəkildə təhlükəli və qanunda əks olunandan uzaq bir formada ötmə əməliyyatları yerinə yetirərək yolda hərəkət edən digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıb.
Sürücünün bu əməli hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Mənbə: ypx.az