Polisin "Saxla" əmrinə tabe olmayan motosikletli həbs edildi - FOTO

Polisin "Saxla" əmrinə tabe olmayan motosikletli həbs edildi - FOTO

Səbail rayon ərazisində polisin qanuni tələblərinə tabe olmayan motosikletli həbs edilib.
Bununla bağlı YPX.AZ-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, rayonun Neftçilər prospektində polisin qanuni tələblərinə tabe olmayan və dövlət qeydiyyat nişanı olmadan "Yamaha" markalı motosikl idarə edən şəxs, təşkil edilmiş tədbirlər nəticəsində saxlanılıb.
Saxlanılan zaman sürücünün 1 iyul 1994-cü il təvəllüdlü Hacıyev Eltən Siyavuş oğlu olduğu müəyyən edilib. Yoxlamalar zamanı onun sürücülük hüququnun da olmadığı aydın olub.
H. Eltən haqqında toplanmış matreallar aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 sutka inzibati qaydada həbs edilib.

Mənbə: ypx.az