İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

Loristan əyalətinin 10 şəhərində pandemiya xəstəliyi ilə bağlı vəziyyətin böhran həddinə çatdığını bildirən Məhəmmədrza Nikbəxt deyib ki, hazırda koronavirusa ən çox yoluxma halları Brucerd və Əzna şəhərlərinə müşahidə edilir: “Yuxarı yaşlarda xəstəlikdən ölənlərin sayı yüksəkdir. Loristanda isə virusa yoluxmuş və yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır.
Hazırda Loristan xəstgəxanalarının reanimasiya şöbələrində cəmi 164 çarpayı var. Bu isə kifayət etmir. Məhz bu çatışmazlığa görə də, yol və şəhərsalma nazirinə müraciət edərək, əyalət xəstəxanalarına daha 50 çarpayının nəzərdə tutulmasını xahiş etmişik.
Pandemiya qurbanlarının sayına gəldikdə, Loristanda bu günə qədər 9695 nəfər koronavirusa yoluxub, 220 nəfər də xəsəlikdən həyatını itirib” -deyə, Loristan Tibb Universitetinin rektoru Məhəmmədrza Nikbəxt əlavə edib.

Mənbə: davam.az