Malidə 4 kəndə silahlı hücum: 32 nəfər öldürüldü

Malidə 4 kəndə silahlı hücum: 32 nəfər öldürüldü

Malinin Mopti bölgəsində doqonların yaşadığı 4 kəndə hücum olub, 32 nəfər öldürülüb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, naməlum silahlı şəxslərin Burkina Faso sərhədindən gəldiyi bildirilib. Kəndlərdən 20 kilometr aralıdakı hərbi bazada olan əsgərlər ancaq silahlılar getdikdən sonra çata biliblər.

Hərbi qurumların məlumatına görə, silahlılar kəndlərə ciddi maddi zərər də vurublar.

Qeyd edək ki, ölkənin mərkəz və şimal bölgələrində 2012-ci ildən bəri millətçi qarşıdurmalar və terror hücumları olur. Ötən il fulanilər və doqonlar arasında baş verən qarşıdurmalarda və ya qarşılıqlı kənd hücumlarında 300 nəfər həyatını itirib.

Mənbə: qaynarinfo.az