Biləsuvarın kəndləri susuz qalıb - Video

Biləsuvar rayonunun Təzəkənd və İsmətli kəndlərinin əhalisi susuzluq problemindən əziyyət çəkirlər.

Bizimyol.info xəbər verir ki bu barədə rayon sakinlərinin videomüraciətində bildirilib.

Sakinlərin sözlərinə görə, susuzluq problemi səbəbindən əhali, heyvanlar və əkin sahələri susuzluq problemi ilə üz-üzə qalıblar: “Biləsuvar aqrar rayondur, ölkədə pambığın ən çox əkildiyi 3 rayondan biridir və bu vəziyyət səlahiyyətli şəxslərin vecinə deyil”.

Sakinlər susuzluq problemilə bağlı mərkəzi və yerli icra hakimiyyəti qurumlaruna müraciət etdiklərini bildiriblər: “Amma müraciətlər nəticəsiz qalıb”.

Problemlə bağlı “Azərsu” ASC-dən bildirilib ki, bu məsələnin həlli onların səlahiyyətində deyil.

 

 

 

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Şossedə ŞOU göstərib ardıcıl qayda pozan "Hyundai" sürücüsü - VİDEO

SONRAKI XƏBƏR

Almaniyadan şok etiraf: PKK-ya görə Türkiyə ilə…