Çaydan körpə uşaq və kişi meyiti çıxarıldı - VİDEO

Çaydan körpə uşaq və kişi meyiti çıxarıldı - VİDEO

 

Moskva çayından bir neçə saat fərqi ilə körpə və kişi meyitləri çıxarılıb.

Bu barədə 360 TV xəbər yayıb.

Müstəntiqlər iki hadisə arasında əlaqənin olub-olmadığını araşdırırlar.

Əvvəlcə 40 yaşı olduğu güman edilən kişinin meyiti tapılıb. Çayın kənarında bir gənc suda üzən cəsədi görüb və polisə bu barədə xəbər verib.

Üç saatdan sonra isə həmin yerdən körpə uşaq meyiti tapılıb.

Hadisə ilə bağlı təhqiqatlara başlanılıb.

 

Mənbə: www.oxu.az