"MedEra" klinikasında gənc qız iflic edilib?

Bakıda gənc qız əməliyyatdan sonra sağlamlığını itirib. Adının ictimailəşməsini istəməyən xanım axşam.az-ın redaksiyası ilə əlaqə saxlayaraq mədəkiçiltmə əməliyyatından sonra iflic olduğunu deyib.

O, bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasientin səhhətində ciddi problemlər başlayıb: "Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim, amma tam əksi oldu.

Sən demə, yazdığı dərmanlar mədə-bağırsaq əməliyyatı olanlara qadağan imiş. Ağrılarım daha da şiddətləndi, mədəm keyidi. Mədə nahiyəmdə hissiyatım itdi. Normal yeriyə bilmədim, ayağımı sağa-sola atırdım. Fərid həkimə bunu bildirdim, mənə iynə və sistem yazdı. Onu da etdim. Nəinki mədəm düzəldi, düz ayaq barmaqlarıma qədər uyuşma yarandı. Hissiyatım itdi, tamamilə iflic oldum. Apreldən bu yana yataq xəstəsi olmuşam. Fərid həkimə yenidən bununla bağlı məlumat verəndə isə qayıtdı ki, təcili nevropatoloqa müraciət et, sinirlərin sıxışıb.

Məni “nasılka” ilə "MedEra"ya apardılar. Təklif etdim ki, ekspertizaya gedək, nə sizdə, nə də məndə şübhə qalsın. Əvəzində gəlib qanımı yudular ki, dərmandan bu hala düşdüyümü sübut edə bilməyim. Xəstəxanada bir həftə məni müalicə etdilər. Sonra şantaj etdilər, məhkəməyə versəniz, sizə dəlilik kağızı hazırlayacağıq dedilər. Polis çağırdım, xəstəxanadan çıxmaq istədiyimi bildirdim. Evə gəlib fizioterapiya etdirdim. 2 aydır heç bir irəliləyiş olmayıb. 10 min manat pulum gedib. Mədəmdən ayağıma kimi iflic olmuşam. Gənc qızam, gələcəyim məhv edildi”.

Məsələ ilə bağlı "MedEra" klinikası ilə əlaqə yaramaq mümkün olmadı. Qarşı tərəfindəmünasibətin ictimailəşdirməyə hazırıq.

 

Milletinsesi.info

ƏVVƏLKİ XƏBƏR

"Liverpul" Tyaqonu transfer edir

SONRAKI XƏBƏR

Vaqner Lav Qazaxıstan klubunda!