Qafqazda xilafət qurmaq istəyənlər saxlanıldı

Qafqazda xilafət qurmaq istəyənlər saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti Karaçay-Çerkez respublikasında əməliyyat keçirib.

Lent.az -ın məlumatına görə, əməliyyat zamanı Misirin radikal “Ət Təkfir Vəl-Hicrə” qruplaşmasına yaxın şəxslər saxlanılıblar. Onlardan silah-sursat və dini ədəbiyyat götürülüb.

Hazırda axtarışlar davam edir.

Xatırladaq ki, “Ət Təkfir Vəl-Hicrə” qruplaşmasının məqsədi Şimali Qafqazda islam xilafəti yaratmaqdır.

Mənbə: lent.az