Rusiyada yoluxma tendensiyası azalır - Amma hələ də yüksək rəqəmlər var

Rusiyada yoluxma tendensiyası azalır - Amma hələ də yüksək rəqəmlər var

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 667883-ə çatıb. Rusiyada pandemiya yayılandan 9859 nəfər COVID-19-dan vəfat edib.

 Bir sutka ərzində Rusiyada 6718 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 176 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 667883-ə çatıb. Rusiyada pandemiya yayılandan 9859 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8915 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 437893-ü keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.

Mənbə: sputnik.az