Avropanı yenidən koronavirus bürüyəcək

Avropanı yenidən koronavirus bürüyəcək

Çox güman ki, payızda Avropanı yeni koronavirusdalğası gözləyir.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "RİA Novosti"-yə virusoloq, Bonn Universitetinin Tibb Fakültəsi Virusologiya və HİV Tədqiqatları İnstitutunun direktoru, professor Hendrik Streek deyib.

Onun sözlərinə əsasən, Avropada adi respirator xəstəlikləri və əvvəllər məlum olan koronaviruslar soyuq aylarda daha fəaldırlar.

Soyuq, quru və rütubətli havada viruslar daha sürətli yayılır. Bu baxımdan professor koronavirusun yayılmasının hava şəraitindən asılı olduğunu ehtimal edir.

Məsələn, Avstraliyada qış ayları yaxınlaşdıqca koronavirus xəstələrinin sayı kəskin artmağa başlayıb.

"Hələ dəqiq bilmirik, amma bunu təsdiqləyən çoxsaylı məlumatlar var", - deyə Streek sözünü yekunlaşdırıb.

 

Mənbə: big.az