FTX xəlifəlik qurmaq istəyənləri yaxaladı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qaraçay-Çərkəz Respublikasında radikal “Təkfir və Hicrət Camaatı” qruplaşmasının 5 üzvünü yaxalayıb.

Axar.az FTX-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxalanan şəxslər təbliğat apararaq qruplaşmaya yeni üzvlər toplayıb və regionda xəlifəlik qurmaq yönündə işlər aparıb.

Bundan əlavə, qruplaşma üzvlərinin toplaşdığı məkandan xeyli sayda radikal təbliğati xarakterli kitablar, əlyazmalar, eyni zamanda silah-sursat da müsadirə edilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ÜST: Koronavirus mutasiya nəticəsində aqressivləşməyib

SONRAKI XƏBƏR

Antalyada Türkiyə və Ukrayna heyətləri arasında görüş keçirilib