Qocalar evlərində 20 min yaşlı insan pandemiyanın qurbanı oldu

Qlobal böhrana səbəb olan koronavirus can almaqda və yoluxmaqda davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə Milli Statistika İdarəsinin yayımladığı yazılı açıqlamaya görə, bu günə kimi qocalar evlərində yaşayan 19 394 yaşlı insanın koronavirus (Covid-19) səbəbiylə öldüyü ifadə edilib.

Statistikanın martın 2-dən iyunun 12-dək olan məlumatlara əsaslandığı bildirilib. Ölkədəki ümumi itkinin 43 995 olduğu açıqlansa da, bunların 29 faizinin qocalar evlərində yaşlı insanlar olduğu qeyd olunub.

Ölən insanların 14 658-nin xəstəxanalara yerləşdirilmədən qocalar evində öldürüldüyü bildirilib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Qayalıqda şəkil çəkdirmək istəyən cütlüyü dalğa vurdu (VİDEO)

SONRAKI XƏBƏR

SMS icazədə dəyişiklik - Bütün icazələr silinir