Sumqayıtda koronavirus xəstələrinin sayı kəskin artdı: artıq 4 rəqəmlidir...

Sumqayıtda koronavirus xəstələrinin sayı kəskin artdı: artıq 4 rəqəmlidir...

Sumqayıtdaaktiv koronavirus xəstələrinin sayı məlum olub.

Xeberle.com-unməlumatına görə, hazırda Sumqayıtda COVİD 19 testi pozitiv çıxaraq müalicəprosesinə cəlb edilmiş xəstələrin sayı 1200-ü ötüb. Bu xəstələrdən 225 nəfəri izolyasiya olunaraqevdə, digərləri isə xəstəxanalarda müalicələrini davam etdirirlər.

Qeydedək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Bakıdan sonraSumqayıtda daha çox yoluxma faktının qeydə alındığı bildirib. O, Sumqayıtda yoluxmanınAzərbaycanda olan ümumi aktiv xəstələrin 15 faizini təşkil etdiyini qeyd edib.

İyulun3-ə olan aktiv xəstə sayı isə 8212 nəfər təşkil edir ki, 15 faizi də 1231 nəfəredir.

XədicəSəxavətqızı

 

Mənbə: xeberle.com