Sumqayıtda karantin qaydalarını pozan kafenin icarədarı həbs edilib, 11 müştəri cərimələnib

Sumqayıtda karantin qaydalarını pozan kafenin icarədarı həbs edilib, 11 müştəri cərimələnib

Sumqayıt, 4 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC bildirilib ki, idarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 45-ci məhəllədə “Tac” kafesinin icarədarı Elvin Arif oğlu Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə 12 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunublar.

Mənbə: azertag.az