İranın Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ olub

 

 

İranın Xəzər dənizi sahilində yerləşən Gülüstan əyalətində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ saat 22:04 radələrində Gülüstan əyalətinin Gümüş təpə bölgəsində yerin 10 kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Plastik arakəsmə sevgilərinə mane ola bilmədi - Fotolar

SONRAKI XƏBƏR

"Mançester Yunayted" 5 qolla qalib gəldi