Çində sel fəlakəti: 121 nəfər öldü...

Çində sel fəlakəti: 121 nəfər öldü...

Yanvardan bu yana Çində baş verən sel fəlakətləri nəticəsində 121 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Məlumata görə, ölkənin 26 şəhərində baş verən sel fəlakətlərindən 19 milyon insan zərər görüb.

Təbii fəlakət zamanı 1,5 milyon hektar kənd təsərrüfatı ərazisi yararsız vəziyyətə düşüb.

Eyni zamanda, iqtisadi zərər 5,8 milyard dollara çatıb. Həmçinin, 875 mindən artıq insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Mənbə: axar.az