Yanğın zamanı 4 nəfər xəsarət alıb - Rəsmi

Yanğın zamanı 4 nəfər xəsarət alıb  - Rəsmi

 

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. Hadisə nəticəsində 4 nəfər FHN əməkdaşı müraciət edib ki, onlardan 1-i başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3 nəfər isə Toksikologiya mərkəzinə aparılıb.

Mənbə: qafqazinfo.az