Mingəçevirdə polis proflaktik tədbirlərə başladı - FOTO

Mingəçevirdə polis proflaktik tədbirlərə başladı - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Mingəçevirdə təxirəsalınmaz tədbirlər görülür.
Yeniavaz.com xəbər verir ki, bu gün polis idarəsinin əməkdaşları fəaliyyətinə icazə verilmiş ictimai-iaşə, xidmət və ticarət obyektlərində reydlər keçirilib. Həyata keçirilən tədbirlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılıb, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib. Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət etmələrinə ,tibbi maskadan istifadənin zəruriliyini ,sanitary gigiyena qaydalarına əməl etmələrinin vacibliyini onların diqqətinə çatdırıblar.
Proflaktik tədbirlər zamanı bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilib.Qeyd edək ki,qaydaları pozanlar barəsində qanuna uyğun tədbirlər görülüb.


Esmira Hidayətova,Mingəçevir.

Mənbə: www.yeniavaz.com