“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü

“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü

Törətdiyi qəza ilə üç nəfərin ağır xəsarət almasına səbəb olan, sonra da hadisə yerindən qaçmaqda ittiham edilən sürücü hakim qarşısına çıxarılıb.

1996-cı il təvəllüdlü Namaz Namazlı qəza törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham irəli sürülüb.

N.Namazlı Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

N.Namazlı etibarnamə ilə idarə etdiyi "Hyundai-Tucson" markalı avtomobillə Binəqədi-Novxanı avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində sürət həddini aşaraq əks hərəkət zolağına çıxaraq Emin Rzayevin idarə etdiyi VAZ- 21214 markalı avtomobilə, ardınca Malik Vəliyevin idarə etdiyi "Opel" markalı maşınlara çırpılıb.

İttihamda göstərilir ki, N.Namazlı xəsarət alanalara yardım göstərmədən hadisə yerindən qaçmaqda göstərilir.

Qəza zamanı Elşən Ataşov, Könül Soimova və Emin Rzayev ağır bədən xəsarətləri alıblar.

N.Namazlı bildirib huşunu itirdiyi üçün başqa şəxslərin köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb. Hadisədən bir gün sonra ağrıları azaldığından polisə gələrək təslim olub.

Aldığı cəzadan narazı qalan N.Namazlı apellyasiya şikayəti verib. Məhkəmə şikayəti təmin etməyib.(musavat.com)

Mənbə: moderator.az